"Sabah"ın baş məşqçisi yenə xorvatiyalı oldu

Murad Musayevin istefasından sonra baş məşqçi axtarışına çıxan "Sabah" nəhayət, istədiyi mütəxəssisi tapıb.

Presssport.az sports.az-a xəbər verir ki, bu axşam Masazırda "Araz Naxçıvan"ı qəbul edəcək komandanın yeni çalışdırıcısı xorvatiyalı Krunoslav Renduliç olacaq.

50 yaşlı mütəxəssis 2018-ci ildən baş məşqçi kimi işləməyə başlayıb. O, bu müddətdə Xorvatiyanın "İstra 1961", "Şibenik", "Qoritsa", Bosniya və Herseqovinanın "Zrinski" klublarını çalışdırıb.

Murad Musayevin istefasından sonra "Sabah"da baş məşqçi səlahiyətlərini müvəqqəti olaraq İqor Ponomaryov icra edirdi.

Xatırladaq ki, bunadək “Sabah” xorvatiyalı baş məşqçi işləmişdi. Bu, 2019-20-ci illərdə komandanı çalışdırmış Jerko Sopiç idi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC