“İki ildən artıqdır ki, bu film üzərində işləyirdilər. Maraqlıdır ki, çox gizlində işləyirdilər. Filmdə yer alan kadrları bir və ya iki dəfə görmüşəm, ya yox”. Presssport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Heydər Əliyev Mərkəzində “Qarabağ FK-30 mövsüm səfərdə” sənədli filminin təqdimatına qatılan təcrübəli mütəxəssis film barədə fikirlərini bölüşərək maraqlı məqamlara toxunub:
“Hətta bəzi epizodlara baxdım ki, gizli kamera qurulub, heç xəbərimiz də olmayıb. Elə kadrlar var idi ki, gizli kamera ilə çəkilib. “İmarət”də olan son oyundan ta bu günə kimi filmdə ətraflı məlumat verilib. Filmin böyük tarixi oldu. Bu komandada işlədiyim gündən futbolçulara çatdırdığımı efirdə gördüm. Filmin çəkiliş heyətin xarici səfər oyunlarına görmüşəm. Bəzən fikirləşirdim ki, bunlar bizim təyyarə ilə gəlməyiblər. Sən demə, gizli çəkilişlər gedirmiş. Deməli, filmin çəkilişinə böyük vəsait sərf olunub".
Qurbanov filmin baş prodüsseri Arzu Əliyeva başda olmaqla hər kəsə təşəkkür edir: "Görəndə ki, dövlət səviyyəsində bu komandaya dəyər verilir, inanın ki, məsuliyyətim, həvəsim daha da artır”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC