"Dinamo"dan getməyə isti baxırdım, ancaq o, açıq danışaraq dedi ki..." - Mahir Emreli

Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir:

 - Sanki baş məşqçi Sergey Jakiroviç sizə o qədər də güvənmir. Onunla münasibətləriniz nə yerdədir? 

- Baş məşqçi güvənir. Niyə güvənməsin? Burdakı oyun sayları onu deməyə əsas verir ki, diqqət göstərir. Ümumi götürsək, münasibətim yaxşıdır. 

- İndiki baş məşqçi sizə az şans versə də, son məlumata görə qış fasiləsində Türkiyə klublarından birinə keçməyinizə razı olmayıb. Bu nə dərəcədə doğru məlumatdır? 

- Qış fasiləsində yox, yayda mövsüm başlayan zaman bu hadisə olub. Mən getməyə isti baxırdım. Ancaq o, açıq danışaraq dedi ki, qoymayacam gedəsən. Ondan sonra oynadım. Qollar və məhsuldar ötürmələr etdim. Ümumi götürsək, hər şey əvvəlki sezona nisbətən pis keçmədi.

- Zədənizlə bağlı müxtəlif fikirlər səsləndirilir. Nə zaman yaşıl meydanlara qayıda biləcəksiz? 

- Zədəm həqiqətən ağırdır. Hazırda özümü yaxşı hiss edirəm. Həm komanda ilə, həm də fərdi olaraq məşq edirəm. Önəmli olan ağırların olmamasıdır. Həkim heyəti çalışır ki, tez bir zamanda meydana qayıdım.

 - Millinin Millətlər Liqasındakı rəqiblərini necə dəyərləndirirsiz? 

- Deyə bilərəm ki, çətin qrupa düşmüşük. Maraqlı rəqiblərdir. Düşünürəm ki, yaxşı nəticələr əldə etmək olar. Amma rəqiblərin gücü də hamıya məlumdur. 

- Millinin baş məşqçisi hələ də müəyyənləşməyib. Bu yubanma sizə necə təsir edir? 

- Bu məsələ artıq bizə aid deyil. Onu federasiya özü qərar verəcək. Biz gözləyirik ki, milli oyunlar olsun və əlimizdən gələni edək. Millinin uğuruna ölkəmizin ehtiyacı var. Çalışmalıyıq ki, yaxşı nəticələrlə azarkeşləri sevindirə bilək. Ümid edirəm ki, bunu bacara biləcəyik (fanat.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC