Premyer Liqasının 25-ci turu çərçivəsində “Turan Tovuz” səfərdə “Zirə” ilə görüşün 11-ci dəqiqəsində albaniyalı hücumçusu Belajdi Pusinin qolu ilə hesabı açarkən matçın baş hakimi Rəvan Həmzəzadə qolun qeydə alınması üçün VAR-dan xeyli müddə cavab gözləyib.
Presssport.az xəbər verir ki, VAR-ın qərarının yubanması qonaqların baş məşqçisi Ayxan Abbasovun narazılığına səbəb olub.
Belə ki, o, qarşılaşmanın dördüncü hakimi İnqilab Məmmədova üzünü tutaraq “Çıxaq gedək? 5 dəqiqə VAR-a baxmaq olar?” deyə sərt şəkildə etirazını bildirib.
Uzun gözləmədən sonra hakimlər qolu qeydə alıblar.
Xatırladaq ki, “Zirə” - “Turan Tovuz” matçında VAR hakimi Tural Qurbanov, AVAR hakimi Nicat İsmayıllıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC