"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya milli komandasına buraxmaya bilər.
Presssport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Rusiya mətbuatına açıqlamasında deyib.
O, Andreyin milliyə çağırılmasına normal münasibət bəslədiklərini vurğulayıb: “Futbolçu yaxşı və ardıcıl oynayanda və milliyə çağırılanda həmişə sevinirəm. Onu buraxıb-buraxmamağımıza gəlincə, futbolçunun fikri də önəmlidi. Mənim üçün futbolçunun psixoloji hazırlığı da rol oynayır. Bunun ona pis təsir etdiyini bilsəm, təbii ki, onu heç vaxt milliyə buraxmayacam. Düşünürəm ki, Andrey özü də bu çağırışı qəbul etmək istəyəcək və bu, onun üçün əlavə motivasiya olacaq”.
Qurbanov Lunyovun işindən razı olduğunu gizlətməyib: "Amma o, hələ də inkişaf edə bilər, bu onun maksimum səviyyəsi deyil. Ümid edirəm ki, Andrey tezliklə maksimuma çatacaq. Ola bilsin ki, onu milli komandaya buraxmayaq. Amma düşünürəm ki, bununla bağlı heç bir problem olmayacaq. Çünki biz hamımız peşəkarıq və vəziyyəti başa düşürük".
Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya ilə, 25-də isə Paraqvayla yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Moskvadakı "VTB Arena"da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC