"Sabah"ın məşqçisi Ruslan Qaafitullin Premyer Liqanın XXV turunda öz meydanında "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
Presssport.az xəbər verir ki. 45 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
- Həftə ərzində oyunçularımıza rəqibin üstün və zəif tərəflərini göstərmişdik. Onları təbrik edirəm. Göstərişlərə əməl etdilər. Birinci hissədə qol epizodlarımız çox idi. İstifadə edə bilmədik. İkinci yarıda oyun bir az bərabərləşdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bildik.
- "Sabah"ın məşqçisi kimi son oyununuz olduğunu düşünmək olar?
- Yeni baş məşqçi ilə bağlı mənim məlumatım yoxdur hələ. Nəsə deyə bilmərəm.
- Hakimliyi necə dəyərləndirərdiniz?
- Hakimlərdən danışmağı xoşlamıram. Bəzi məqamlarda narazı idik. Rəqibin cərimə meydançasında futbolçumuza açıq ayaqla vurdular.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC