“Neftçi”nin 3 futbolçusu Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.
Presssport.az klubun mətbuat xidmətinə istinadən məlumatına görə, fərdi olaraq hazırlıq keçən müdafiəçi sol cinah müdafiəçisi Azər Əliyev fizioterapiya prosesindədir.
Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.
Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC