"Azart" İtaliyada beynəlxalq turnirdə iştiraka hazırlaşır: "Mənim üçün uşaq futbolunda nəticə ikinci plandadı"

Ölkəmizdə uşaq futbolunda çalışan qurumlar çoxdu. Onlardan biri olan “Azart” Futbol Klubu ilə sizləri daha yaxından tanış edəcəyik. Bu məqsədlə klubun rəhbəri Səxavət Ağazadə ilə söhbətləşdik. O, Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb. 

- Öncə futbol məktəbinin adına toxunaq - maraqlı, fərqli bir addı. Bu adın tarixçəsi haqda danışardınız. Adına uyğun olaraq işinizdən nə dərəcədə azart ala bilirsiniz?

 - “Azart” Futbol Klubu 2020-ci ildə mənim təşəbbüsümlə yaranıb. Arif Zeynalov "AZART TUNİNG"in rəhbəridi və futbol klubu onun maddi dəstəyilə yaradılıb. Azart sözü 2 mənada istifadə olunur - Az və art. İkinci söz bildiyiniz kimi, ingiliscədən tərcümədən rəsm deməkdi. Həm də azart sözü baxımından futbola uyğun gəlir. Yəni, hər kəs komandamıza azart olsun deyə qərara gəldik ki, adımız belə olsun. 

- Keçdiyiniz yola nəzər salaq. Başladığınız gündən qarşınızda duran əsas prioritet nə olub? Əsas hansı istiqamətləri vacib saymısınız? 

- İlk gündən bu günə qədər məqsədimiz Azərbaycan futbolu üçün bacarıqlı oyunçular yetişdirmək və komandamızın üzvlərini Avropaya çıxaqmaq, orda ölkəmizi layiqincə təmsil etməkdi. 

- Kontingent haqda məlumat verərdiniz - neçə qrupunuz, hər qrupda neçə uşaq var? Futbol klubunda hansı yaş qrupları nəzərdə tutulub? Onlar neçə məşqçi çalışır? 

- Komandamız 5 yaş qrupu üzrə Azərbaycan çempionatında iştirak edir - U-9, U-10, U-11, U-13, U-14. Hələ ki 2 məşqçiylə çalışırıq. İnşallah, gələcəkdə məşqçi sayını artırmaq fikrindəyik. Elə uşaqlar var ki, istedadlıdı, onlardan ödəniş almırıq. Məşq məkanlarımız 9-cu və 7-ci mikrorayonlardadı. 

- Liqalarda nəticələriniz sizi nə dərəcədə razı salır? Ümumiyyətlə, uşaq futbolunda nəticə nə dərəcədə önəmlidi? Əslində, burda əsas məqsəd futbolçu yetişdirmək olmalıdı, amma bir çox hallarda aparıcı klublar nəticəyə önəm verirlər… 

- Liqalarda vəziyyətimiz nəticəyə bağlamayaq. Çünki mənim üçün nəticə ikinci plandadı. Əsas məqsədimiz odur ki, uşaqların hamısı oynasın. Uşaq nə qədər çox oyun oynasa, bir o qədər inkişaf edir. Fərqli rəqiblər uşaqların inkişafında bir o qədər çox rol oynayır. Bəli, deyərdim ki, 90 faiz klublar nəticəyə üstünlük verir. Elə olur ki, uşaq 3 oyundan bir oyundan iştirak edir, yaxud eləmir - bu zaman onun inkişafından söhbət gedə bilməz. U-14 komandamızın, 2010-cu illərimizin nəticələrini qənaətbəxş sayardım. Çünki bir çox akademiyalarla başabaş oynayırlar. Hətta deyərdim ki, bu mövsüm Azərbaycan çempionatında “Neftçi”ni, “Sumqayıt”ı məğlub etmişik, bix çox klublarla bərabər səviyyədə oynamışıq. Hal-hazırda liqada 13 komanda arasında 6-cı yerdə gedirik. 

- Bu dəqiqə hamı uşaq futbolundan danışır, hamı deyir ki, futbolumuzun əsas problemi uşaq futbolundadı. Amma sözdə yox, əməli işə keçərkən, qollarınızı çırmalayıb bilavasitə bu sahədə çalışarkən, bizdə uşaq futbolunda əsas problemlərin nədən ibarət olduğunu deyərdiniz? Və onları necə aradan qaldırmaq olar ki, təməl möhkəm olsun və gələcəkdə bunun bəhrəsini görək?

 - Mənim üçün uşaq futbolunda əsas problemlərin 70 faiz uşaqların 14 yaşdan sonra futbolu tərk etmələridi. 

- Niyə məhz 14 yaşdan sonra? 

- 14 yaşadək 2000 uşaq Azərbaycan çempionatında iştirak edirsə, artıq 15 yaşda tam fərqli rəqəmi görə bilərik. 

- Nə qədər? 

- Say 500 ola-olmaya. Çünki 15 yaş çox böyük rol oynayır. 14 yaşadək AFFA təmin edir, artıq 15 yaşda sənin öz gücün olmalıdı ki, çempionatda iştirak edəsən. Meydançaların az olması, uşaqların beynəlxaq turnirləri çox az görməsi da problemlədi. Uşaq nə qədər çox oyun oynasa, nə qədər çox beynəlxaq yarış görsə, bir o qədər daha tez, daha çox inkişaf edəcək.

  • - Uşaq futbolunda xüsusi diqqət yetiriləsi məqamlardan biri məşqçilərin yaxşı maaş alması və savadının olmasıdı ki, onlardan iş tələb olunsun. Bu yöndə sizdə vəziyyət necədi və ümumiyyətlə, bu məsələyə baxış bucağınız necədi?
  • - Uşaq futbolunda işləyirsənsə, bünövrəni sən qoyursan. Savad birincidi. Savadı olmayan məşqçi uşağa heç nə öydərə bilməyəcək. Bizdə uşaq futbolunda böyük problemlərdən biri məşqçilərin öz üzərində işləməməsidi. Məncə, məşqçiyə yaxşı maaş verib yaxşı iş də tələb etmək daha məntiqəuyğun olar. 
  • - Bu mövsüm, ümumiyyətlə, yaxın gələcək üçün planlar, pritoritetlər, hədəflər nə olacaq?
  • - Cari mövsüm üçün məqsədimiz inşallah, U-14 Liqasında Azərbaycan çempionu olmaqdı. Martın 27-də İtaliyanın Bolonya şəhərində beynəlxalq turnir olacaq ki, U-11 komandamız orda iştirak edəcək.  Bu futbol turnirinin iştirakçıları arasında PSJ, “Real”, "Atletiko", “Yuventus” və Avropanın bir çox nəhəng klubları var. İtaliya səfər zamanı liqalarını, ordakı məşq proseslərini izləmək və gələcəkdə Avropa klubları ilə əməkdaşlıq etmək bizim üçün önəm daşıyacaq. 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC