Azərbaycanın tanınmış futbolçularından, karyerası daha çox doğma Gəncəsinin təmsilçisi “Kəpəz”ə bağlı olmuş Rövşən Əhmədov futbola qayıdıb.
Presssport.az xəbər verir ki, veteran hücumçu 56 yaşında yaşıl meydana dönüb.
Belə ki, Əhmədov Region Liqasında çıxış edən “VT Gəncə”nin oynayan məşqçisidi. Şimal-Qərb və Zərb zonasında çıxış edən gəncəlilər son turda “Şəki”ni qəbul edib və 1:1 hesablı bərabərliyə qayıblar. Rövşən də oyunun iştirakçısı olaraq start heyətdə meydana çıxıb.
Xatırladaq ki, Əhmədov futbolçu kimi “Kəpəz” ilə Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb. O, “sarı-göylər”in heyətində çempionatın bombardiri də olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC