Azərbaycan milli komandası FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq.
Presssport.az xəbər verir ki, millimizi bu oyunlara çıxaraq məşqçilər açıqlanıb.
Bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, yığma Arif Əsədovun rəhbərliyi altında çıxacaq. Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.
Azərbaycan milli komandası martın 22-si, saat 20:00-da Monqolustan, martın 25-də isə saat 20:00-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, Əsədovla Ağayev hələ sabiq italiyalı sabiq baş məşqçi Canni de Byazinin köməkçiləri olub və onların müqavilələri martın 31-dəkdi. Məmmədovla Yadullayev isə müvafiq olaraq U-17 və U-16 yığmalarımızın baş məşqçiləridi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC