Yığmamız beynəlxalq turnir üçün Budvaya yollandı

Martın 5-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi “Adriatik incisi” beynəlxalq turniri start götürəcək.
Presssport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Belə ki, turnirdə yığmanın baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), İbrahim Zeynalov (63,5 kq), Hüseyn Hacıyev (67 kq) və Ziya Həsənov (71 kq) qüvvəsini sınayacaq.
Qızların yarışında isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Lalə Mədətova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikaylov (54 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) gücünü yoxlayacaq.
“Adriatik inci”sində Azərbaycanı hakim kimi Rövşən Qədirov təmsil edəcək.
Bu gün səfərə yollanan yığma martın 11-də Bakıya qayıdacaq.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC