Bu gün II Liqada 15-ci tur start götürməklə qış fasiləsinə yekunlaşıb.
Presssport.az xəbər verir ki, ilk gündə 3 matç keçirilib.
Turun mərkəzi matçında lider “Bakı Sportinq” ən yaxın izləyicisi "Şahdağ Qusar"ın qonağı olub. Oyunda qalib müəyyənləşməyib - 1:1. Qusar təmsilçisində qolu millimizin sabiq üzvü olan kapitanı, artıq məşqçiliyə başlayan Rahid Əmirquliyevin vurması diqqət çəkib.
Ağdaşdakı görüşdə də komandalar hərəyə 1 qol vuraraq 1 xal qazanıb. Günün yeganə qalibi autsayderlər sırasında yer alan “Şəfa” olub.
Tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.
4 mart (bazar ertəsi)
15:00. “Şahdağ Qusar” – “Bakı Sportinq” - 1:1
Qollar: Rahid Əmirquliyev, 32 - Röyal Nəcəfov, 51
Şamaxı OİK stadionu
15:00. “Ağdaş” – “Şəki Siti” - 1:1
Qollar: Fuad Hüseynov, 5 - Elşən Mustafayev, 63
Ağdaş şəhər stadionu
15:00. “Şəfa” – “Lerik” - 3:2
Qollar: Əli Əliyev, 11, 33, Cavanşir Tahirov, 85 - Azad Bayramzadə, 63, Valid Yusubzadə, 77
Binə qəsəbə stadionu
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC