"Neftçi"nin bazasına hücum edən azarkeşlər həbs edildi

Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.
Presssport.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.
Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.
Xatırladaq ki, "Neftçi" Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"a 1:4 hesabıyla məğlub olub. Məğlubiyyətdən sonra "ağ-qaralar"ın bir qrup azarkeşi klubun bazasına hücum edib. Onlar binanın qarşısına məşəl atıblar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC