"Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.
Presssport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda ədaləti Benoit Bastien qoruyacaq.
Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək.
VAR hakimi Benoit Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.
Xatırladaq ki, martın 7-də keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC