"Bayer" yenə Bakıda məşq etməyəcək, baş məşqçisi mətbuat konfransı keçirməyəcək

Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında "Qarabağ"ın qonağı olacaq “Bayer” sabah - martın 6-da Azərbaycana gələcək.

Bu haqda Presssport.az-a məlumat verən Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev axşam radələrində Bakıya təşrif buyuracaq Leverkuzen təmsilçisinin “Hilton” otelində məskunlaşacağını söyləyib.

“Bayer” ağdamlılarla qrup mərhələsində səfər matçında olduğu kimi, oyunöncəsi məşqi və mətbuat konfransını Bakıda etməyəcək. Bunu öz bazasında reallaşdıracaq leverkuzenlilər paytaxtımızda hazırlıq keçməyi məqsədəuyğun saymayıb. “Bayer”in baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı sabah səhər yerli vaxtla saat 09:00-da olacaq.

Hacıyev onu da bildirdi ki, Almaniyadan gələcək azarkeşlərə 400 bilet ayrılıb: “Ordan 400-ə yaxın azarkeşin Bakıya gələcəyi gözlənilir. “Bayer” Bakıdakı oyun üçün 400 bilet sifariş verib. Almaniyadan 20-ə yaxın jurnalist gələcək. Onlardan 10-dan çox nəfər öz idman mediasındandı”.

Xatırladaq ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtilə saat 21:45-də başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC