"İndi bütün diqqətimizi "Qarabağ"la oyunun hazırlığına yönəltmişik, çünki vacib matça çıxacağıq"

“Bayer”in futbolçusu Robert Andrix Bundesliqanın XXV turunda “Köln” üzərində qazandıqları qələbəni (2:0) şərh edərkən Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la matçına da toxunub.

Pressspot.az xəbər verir ki, klubun rəsmi saytına danışan 29 yaşlı müdafiəçi bütün diqqətlərini Bakıdakı oyuna yönəltdiklərini söyləyib:

"Rahatlaşa bilmirik. Doğrudur, "Köln" üzərindəki qələbəyə sevinirik. Amma indi bütün diqqətimizi yenidən çox çalışmağa və "Qarabağ"la oyunun hazırlığına yönəltmişik. Çünki vacib oyuna çıxacağıq".

Tofiq Bəhramov stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" matçına 21:45-də start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC