Emin Mahmudovun zədəsi nə yerdədi? - yenidən müayinədən keçəcək

Premyer Liqanın XXV turunda “Qarabağ”la ev oyununda zədələnən “Neftçi”nin kapitanı Emin Mahmudovun durumu müəyyənləşib.

Bakı klubunun mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, 32 yaşlı yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb.

Emin bu üzdən bugünkü məşqdə iştirak etməyib. Sabah futbolçu yenidən müayinədən keçəcək və zədəsi yalnız bunun ardından bilinəcək. “Neftçi" növbəti turda martın 9-da Tovuzda ”Kəpəz"in qonağı olacaq.

Xatırladaq ki, “Qarabağ”la görüşün 1-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Marko Yankoviçin müdaxiləsindən sonra Mahmudov ayağından xəsarət alıb və görüşün 51-ci dəqiqəsində məcburən əvəzlənib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC