Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Presssport.az xəbər verir ki, Yüksək Liqanın XVI turu çərçivəsində Bakıda iki, Gəncədə bir qarşılaşma baş tutub.
Tura “Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı ilə start verilib. Bu oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Növbəti görüş GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Murov Az Terminal” arasında olub. İlk setdən təşəbbüsə yiyələnən “Murov Az Terminal” derbidə 3:0 hesabı ilə qələbə qazanıb.
UNEC-in idman zalında baş tutan günün son oyununda UNEC və “Azərreyl" görüşüb. Bu qarşılaşmada “Azərreyl" rəqibi üstələyib - 3:0.
Nəticədə qadınların çempionatında turnir cədvəlinə “Azərreyl” 39 xalla (13 qələbə) liderlik edir. “Murov Az Terminal” 35 xalla (12 qələbə) 2-ci, “Abşeron” 33 xalla (11 qələbə) 3-cü, “Gəncə” 24 xalla (8 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC