"Qarabağ"la səfər matçımız mütləq gərgin olacaq. Artıq bunu bir dəfə görmüşük. Buna görə də bilirik ki, Bakıdakı oyun asan keçməyəcək".
Presssport.az xəbər verir ki, bu sözləri "Bayer"in vitse-kapitanı Conatan Ta Avropa Liqasının 1/8 finalında "Qarabağ"la Bakıda keçiriləcək oyun haqda danışarkən deyib.
Almaniya millisinin də üzvü olan təcrübəli müdafiəçinin fikrincə, Ağdam klubu heç də asan rəqib deyil: "Qarabağ" çox məşhur komanda olmaya bilər. Amma elə komandadı ki, onu qiymətləndirməyə bilmərik. Nə yaxşı ki, “Qarabağ”a qarşı oyun təcrübəmiz var".
Xatırladaq ki, bu komandalar arasında ilk oyun martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC