Boksçumuz lisenziya turnirinə qələbə ilə start verib

Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb. 

Presssport.az xəbər verir ki, 71 kq çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan Əliyev 1/32 final mərhələsi çərçivəsində döyüşünü qələbə ilə başa vurub.  

Dünya çempionatının mükafatçısı Elabidine Amrouq Zineni (Mərakeş) məğlub edib. Əliyev qələbəsini 2 raundun yekununa əsasən rəsmiləşdirib. Buna onun qaşından zədə alması səbəb olub. Döyüş dayandırıldığından Sərxan 3:2 (20:18, 19:19*, 19*:19, 20:18, 18:20) hesabı ilə qalib gəlib. 

Boksçumuz 1/16 finalda litvalı Aleksandr Trofimçukla üz-üzə gələcək. Görüş martın 7-də baş tutacaq. 

Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıb. 

Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC