"Bayer"in futbolçusu Robert Endrix Avropa Liqası 1/8 final mərhələsinin "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Presssport.az xəbər verir ki, 29 yaşlı almaniyalı yarımmüdafiəçi təmsilçimizin hücumda çox güclü olduğunu vurğulayb: "Müdafiədə isə bir az zəifdi. Amma çətin oyun olacaq, çoxlarının təsəvvür etdiyi kimi asan olmayacaq. İlk matçı səfərdə keçirməyimizi üstünlük hesab edirəm. Təbii ki, səfər qolları qaydası artıq mövcud deyil. Çox istərdim ki, evdə, "Bay Arena"da növbəti mərhələyə adlaya bilək".
Xatırladaq ki, "Qarabağ" - "Bayer" qarşılaşması sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC