Azərbaycanda səfərdə olan Litvanın Milli İdman Agentliyinin icraçı direktoru Mindauqas Spokas, agentliyin infrastruktur şöbəsinin müdiri Rimantas Serksnas, Təhsil və İdman Nazirliyinin müşaviri Dalia Qalnaitite martın 4-5-də Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıblar.
Presssport.az xəbər verir kİ, səfər zamanı Azərbaycan Gimnastika Federasiyasının mövcud vəziyyəti ilə tanış olan qonaqlar mütəxəssislərlə görüşüb. Sonra Bakı Atıcılıq Mərkəzi ilə tanışlıq zamanı buradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasına da baxış keçirilib.
Qonaqlar 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qubada keçirilən idman paradında iştirak ediblər. Daha sonra "Şahdağ" Turizm Mərkəzində infrastruktur imkanları, keçiriləcək yarışlar və gələcək layihələr haqqında fikir mübadiləsi aparıblar.
Qonaqlar həmçinin Su İdmanı Sarayının fəaliyyəti ilə tanış olublar. Onlara burada fəaliyyət göstərən infrastruktur imkanları, gənclərin şəxsi inkişafı və asudə vaxtının təşkili üçün keçirilən layihələr barədə məlumat verilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC