Ukraynanın gənclərdən ibarət millisinin (U-19) AÇ-2024-ün seçmə mərhələsinin elit-raund oyunları üçün heyəti müəyyənləşib.
Presssport.az xəbər verir ki, həmin yığmanın baş məşqçisi Dmitri Mixaylenko Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenkonun oğlu Kristianı da çağırılıb.
Bu, ilk dəfə olub. Hazırda İngiltərənin “Uotford” klubunda çıxış edən 18 yaşlı hücumçu bu yaıxnda Ukrayna pasportu alıb. Onun anası slovakiyalıdı.
Onu da bildirək ki, Ukraynanın 19 yaşlıları elit-raundda İsveçrə, Şimali Makedoniya və Latviya ilə qarşılaşacaq. Mini-turnir Şimali Makedoniya paytaxtında martın 20-26-da Skopyedə baş tutacaq. Ukrayna ilk oyununu martın 20-də məhz meydan sahiblərinə qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC