Mahir Emrelinin klubu "Fənərbaxça"dan 3,5 milyon avroya vinger alır

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Presssport.az xəbər verir ki, Xorvatiya çempionu "Fənərbaxça"nın legioneri Rayan Kentin xidmətində maraqlıdı İstanbul təmsilçisi 27 yaşlı ingiltərəli vinger üçün zaqreblilərdən 3,5 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir. Kent mövsümün əvvəlində "Reyncers"lə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Fənərbaxça"ya keçmişdi. O, bu komandanın heyətində 15 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC