Qurbanov "Bayer"lə matçda da keçmiş komandasına güvənir: ”Qarabağ" bu mövsüm Avropada artıq maksimunu edib"

“Fikrimcə,  ”Qarabağ" bu mövsüm Avropada artıq maksimunu edib, maksimum nəticə verib. Düzdü, Avroliqada daha da irəli gedə bilərdi. Lakin təəssüf ki, püşkdə bəxtimiz gətirmədi və "Bayer" kimi güclü, çətin rəqiblə düşdük". 

Bu fikirləri Presssport.az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu İlqar Qurbanov deyib. Keçmiş komandasının Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçdan gözləntisini açıqlayan veteran futbolçu asan təslim olmayacağını hesab edir: “Əlbəttə, istəyirik ki, ”Qarabağ" “Bayer”i də keçsin. Amma ümumi tabloya baxanda, bunu reallaşdırmaq çətin görünür. Hər halda, inanıram ki, Qurban Qurbanovun komandası öz oyununu göstərəcək. Leverkuzen klubuyla qrup mərhələsində də qarşılaşmışıq, ona görə də tanış rəqibdi, oyununa bələdik. Qurban müəllim də illərdir komandanın başında olduğundan, hər şeyi bizdən daha yaxşı bilir. Yeganə çətinlik itkilərlə bağlı ola bilər ki, bu da Elvin Cəfərquliyevlə Julio Romaonun cəzalı olmasına görədi. Buna baxmayaraq, meydanda əzmkar komanda görəcəyik".
Xatırladaq ki, 38 yaşlı Qurbanov karyerasında ən çox çıxış etdiyi - 6 il (2011-17) keçirdiyi, heyətində Azərbaycan çempionu və kubokunun qalibi olduğu Ağdam klubudu. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC