"Panatinaikos"un rusiyalı qapıçısı Yuri Lodıqin "Qarabağ"ın üzvü olan həmyerlisi, həmkarı Andrey Lunyovun çıxışına toxunub.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçunun fikrincə, Lunyov hazırda qapıçı kimi çox yüksək səviyyədədi: “Qarabağ”ın Avropa Liqasının növbəti mərhələsinə yüksəlməsi də böyük üstünlükdü. Ola bilsin ki, keçmiş komandası olan “Bayer”ə qarşı düzgün işlədi və komandasını daha da irəli apardı. Andreyin yenidən oynadığını görmək xoşdu. Almaniyada çətin mövsümlər keçirdi, təcrübə qazandı. Milli komandaya dəvət edilməsi onu göstərir ki, Lunyov çox yaxşı yoldadı".
Onu da bildirək ki, bu 2 qapıçı Rusiyanın “Zenit” klubunda komanda yoldaşı olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC