Avropa Liqasının 1/8 final mərhələsində bu gün “Qarabağ”la qarşılaşacaq “Bayer”in heyətində bəzi dəyişikliklər gözlənilir.
Presssport.a xəbər verir ki, baş məşqçi Xabi Alonso "çərçivə"ni gənc Matey Kovaya həvalə edəcək.
Bunu ispaniyalı mütəxəssis özü Almaniya mətbuatına açıqlayaraq, qapı xəttində rotasiya edəcəyini bildirib. O, iştirak etdikləri turnirlərin qalibi olmaq üçün hamıya şans verməyin vacib olduğunu deyib. Alonso “Qarabağ”la həm Bakıdakı, həm də Leverkuzendəki qarşılaşmada “çərçivə”ni Matey Kovaya etibar edəcəyini, kapitan olan əsas qapıçı Lukaş Qradetskinin isə Bundesliqa oyunlarında əsas qapıçı olacağıdı söyləyib.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Leverkuzendəki cavab görüşü martın 14-də baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC