Azərbaycan Prezidenti İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüblər.
Presssportaz xəbər verir ki, görüş Avropa Liqası 1/8 final mərhələsinin "Bayer"lə matçından öncə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Bu barədə Mikayıl Ağalarov öz instaqram hesabında paylaşım edib. O, paylaşımda Qurban Qurbanovu əsl əfsanə adlandırıb:
“Əziz Qurban Qurbanova böyük ehtiramla... Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdu. Bakıda, Azərbaycanda oynayırıq. İstəyirik ki, bu şəxs axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin. O, çox iş görüb və çətin bir yol keçib. Bunun nəticəsi olaraq biz bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilirik. Gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu bir daha təkrarlayaq! Tək sevgi -QARABAĞ FK!!!”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC