Əsədovda "Qarabağ"la bağlı içində bir rahatlıq var: "Hər zaman sürpriz edə bilən komandadı və "Bayer" üzərində qələbə olsa..."

“Təbii ki, "Bayer” çox güclü rəqibdi, bu mövsüm hələ də uduzmayıb. Amma içimdə bir rahatlıq var ki, yaxşı oyun olacaq. Yəni, “Qarabağ” rahat bir futbol sərgiləyəcək. Çünki bu komanda cari mövsümdə elədiyini eləyib, bu dueldə də hamı favorit “Bayer”i görür. Ona görə üzərində təzyiq yoxdu. Sadəcə, futbolçular bir daha özlərini meydançada belə güclü rəqibə qarşı həm individial, həm də komanda şəklində yoxlaya bilərlər ki, hardayıq və hara getmək üçün nə etməliyik".

Bu fikirləri Presssport.az-a açıqlamasında milli komandamızın məşqçisi Arif Əsədov deyib. O,  "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə duelə yaxşı bir sınaq kimi baxır: “Amma təbii ki, nəticə baxımından danışsaq, evdə yaxşı nəticə əldə edə bilərik - yaxşı oyun göstərməklə. Amma iki oyun nəticəsinə görə qalib olmağa təbii ki, aşkar favorit ”Bayer"di".

Maraqlıdı, “Bayer”in bu mövsüm ilk məğlubiyyətini Bakıda alması nə dərəcədə realdı? Əsədovu dinləyək: “Futbolda hər şey ola bilər. ”Qarabağ" sürpriz edən, bunu hər zaman edə bilən komandadı. Necə ki, “Braqa”yla dueldə hamımızı təəccübləndirdi. İndi də Bakıda qələbəyə imza atsa, bu, təsadüfi yox, qanunauyğun olacaq. Bu, belə bir qiymətləndirilə bilər".

“Bayer” qrupda Bakıya artıq 1/8 finala vəsiqəni təmin edərək rahat gəlmişdisə, indisə fərqli mənzərə - iki oyundan ibarət dueldu və uduzan turnirdən çıxır. Bundesliqanın lideri budəfəki sınağa daha ciddi yanaşaraq cütün taleyini artıq Bakıda həll etmək iddiasındadı. Əsədovun fikrincə, almanlar “Tofiq Bəhramov”da ehtiyatlı oynaya, "Qarabağ"dan çəkinə bilərlər: “O vaxt rahat gəlmişdilər, amma indi səhv etməyə ixtiyarları yoxdu. Bu sarıdan bir az təzyiq altında ola bilərlər. Bundan da “Qarabağ” istifadə edərək nəticə qazana, rahat öz oyununu oynaya bilər. Azarkeşlərimiz də buna dəstək olacaq. “Bayer” isə əksinə, risk eləməyib, ehtiyatlı davranıb diqqətli olacaq. Sadəcə, ”Qarabağ"ın iki oyunçusu - Elvin Cəfərquliyevlə Julio Romao cəza üzündən Bakıda oynamır və buna görə kaş ilk matç səfərdə olaydı…İstərdim kİ, qayıdıb evdə tam heyətlə oynayardı. Amma digər tərəfdən, intriqanın qalması və təzyiqə görə ilk görüşün bu dönəmdə elə evdə olması yaxşıdı".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC