"Qarabağ"dan qələbəyə bərabər heç-heçə! - YENİLƏNİB

Bu gün "Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində ilk matçına çıxıb.

Presssport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri Almaniya Bundesliqasının lideri “Bayer”i qəbul edib.

Ağdam təmsilçisi qrupda hər 2 matçda uduzduğu güclü rəqibiylə matçda fasiləyə hesabda 2:0 irəlidə yollanıb. Xabi Alonso 2-ci hissədə dəyişiklikləri nəticəsində məğlubiyyətdən xilas ola bilib. "Bayer"in hər 2 qolunun müəllifi sonradan meydana çıxan futbolçuları olub.

Xatırladaq ki, "Qarabağ" “BayArena”dakı cavab görüşünü martın 14-də keçirəcək.

Avropa Lİqası, 1/8 final mərhələsi

İlk oyun 

7 mart (cümə axşamı)

21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) - 2:2 

Qollar: Yassin Benzia, 26, Olavio Juninyo, 45+2, Florian Virtz, 70, Patrik Şik, 90+2 

Baş hakim: Benoit Bastien

Baş hakimin köməkçiləri: Hiçam Zakrani, Aurelien Bertomieu
Dördüncü hakim: Ceremi Piqnard
VAR: Benoit Millot
AVAR: Erik Uattelye (hamısı Fransa)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC