"Bu gün bu sürprizi bacardıq, Almaniyaya çox əzmkar "Qarabağ" gedəcək" - Tahir Gözəl

"70-ci dəqiqəyə qədər "Bayer"lə oyunda öndə olmaq... "Qarabağ" Avropada tarixi rekordu qırır. Qarşımızda Avropanın ən güclü klubu var idi. Son dəqiqələrdə qol olmasaydı, bu gün tarix yaşayacaqdıq. Amma mən yenə də Qurban Qurbanova, canlarını qoyan futbolçularıma, möhtəşəm azarkeşlərə və xalqıma təşəkkür edirəm".

Presssport.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Bayer"lə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra açıqlamasınad deyib.

O, həyatının ən çətin anlarından birinin 2014-cü ildə Avropa Liqasında "İnter"lə oyun olduğunu vurğulayıb: "Həmin matçdan sonra cənab prezident dedi ki, sizi qalib hesab edirəm. Bu qalib ruh bura gəldi. Çox xoşbəxtəm ki, ölkəmizi qürurlandırdıq. Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandı. Buna layiqik. İçimizdəki bu alovu heç kim söndürə bilməz. Davam edəcəyik. UEFA-da çıxış edərkən demişdim ki, "Qarabağ" Avropada sürpriz etmək istəyir. Bizim arzu budu. Hesab edirəm ki, bu gün bu sürprizi bacardıq. Tam istədiyimiz alımmasa da, hər iki komandanı təbrik edirəm, möhtəşəm oyun oldu".

Tahir bəy cavab görüşü haqda da fikirlərini bölüşüb: "Paltardəyişmə otağında futbolçularla görüşdüm. Onların ürəklərindəki alovu, inamı gördüm. Almaniyaya möhtəşəm klub gedir. Əlbəttə bu, futboldur. Nəticəni bilmirik. Sizə bir şey deyim, ora çox əzmkar "Qarabağ" gedəcək. Bundan heç kəsin şübhəsi olmasın! Almaniyada yaşayan hər kəsi səfər oyununda stadionda gözləyirik".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC