Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyununda Yunanıstan PAOK-unu qəbul edib.
Presssport.az xəbər verir ki, meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdığı matçı azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.
O, görüşdə 6 sarı vərəq göstərib. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.
Daha əvvəl Xorvatiya mətbuatında zədəli Mahir Emrelinin yalnız mövsümün sonunda komandaya qoşulacağı açıqlanmışdı. Onun zədə səbəbindən 1/8 final matçlarını da buraxacağı bildirilmişdi.
Bu komandalar arasında cavab görüşü martın 14-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC