Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Presssport.az xəbər verir ki, onların arasında "Qarabağ"ın futbolçusu Olavio Juninyo da var. Belə ki, braziliyalı hücumçu "Bayer"lə görüşdə 1 qol vurub və 1 qolun ötürməsini verib.
Digər namizədlər isə Stefan Əl-Şəravi ("Roma"), Pyer-Emerik Obameyanq ("Marsel") və Darvin Nunezdir ("Liverpul").
Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC