"Juninyoya qarşı oynamaq çətindi, Zubirlə Yankoviç də yaxşı oyunçulardı" - "Bayer"in kapitanı

"Bayer"in futbolçusu Conatan Ta Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ"la heç-heçə etdikləri matçdan (2:2) sonra jurnalistlərə açıqlama verib.

Presssport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda komandanı kapitan kimi çıxaran mərkəz müdafiəçi çətin oyun olduğununu söyləyib: "Rəqibin çox yaxşı oyunçuları var. Birinci hissədə bəzi problemlərimiz vardı və çox da yaxşı oyun göstərmədik. İkinci hissədə ürəklə və inamlı düşüncə tərzi ilə qayıtdıq. Bacardığımızı etməyə çalışdıq. Şadam ki, hesabı bərabərləşdirə bildik”.

Conatan Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirilən oyunları xatırlayıb “Əlbəttə ki, bu oyun daha çətin idi. Qrup mərhələsi fərqlidi, çünki məğlubiyyətdən də sonra irəliləmək olur. Lakin indi biri qalır, biri çıxır. Ya irəliyə gedəcəksən, ya turniri tərk edəcəksən. Hamı isə turnirdə qalmaq istəyir. Buna görə bu oyunlar daha çətin olur. Futbolçular daha istəkli və aqressiv oynayırlar”.

Ta Juninyoya qarşı çətinlik çəkdiyini qeyd edib: “Müdafiəçi olduğuma görə oyun boyu ona qarşı oynayıram. Juninyoya qarşı oynamaq isə çətindi. Zubir və Yankoviç də çox yaxşı oyunçulardır. “Qarabağ”ən özünəinamlı və keyfiyyətli oyunçuları var. Aqressiv oyun nümayiş etdirə bilirlər”.

Vitse-kapitan olan 28 yaşlı müdafiəçi gələn həftə keçiriləcək cavab oyunundan gözləntisini açıqlayıb: "Evdə oynayacağıq, ona görə də özümüzü inamlı hiss edirik. Növbəti mərhələyə keçmək istəyirik”.

Xatırladaq ki, Leverkuzendəki görüş martın 14-də keçiriləcək. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC