Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" Türkiyə kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb. Presssport.az xəbər verir ki, Super Liqa təmsilçisi II Liqada çıxış edən "24 Erzincanspor"la qarşılaşıb. Matçı heç-heçə - 2:2 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burda da hesab dəyişilmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "24 Erzincanspor" 7:6 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Məhəmmədəliyev bu görüşdə oynamayıb. Onun adı matçın iştirak ərizəsinə salınmayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC