Azərbaycan şahmatçılarının Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open 2024” beynəlxalq turnirində mövqeləri müəyyənləşib.
Presssport.az xəbər verir ki, festivala qatılan 6 şahmatçımız arasında ən yaxşı nəticəyə Aydın Süleymanlı imza atıb.
O, 9 turun yekununda 142 nəfər arasında 6 xalla 17-ci yeri tutub.
Digər təmsilçilərimizdən Şiroğlan Talıbov 4,5 xalla 60-cı, Elmar Atakişiyev 4 xalla 102-ci, Vüqar Manafov 4 xalla 106-cı, Xaqan Əhməd 3,5 xalla 119-cu, Şahin Vəliyev isə 3 xalla 130-cu pillədə qərarlaşıb.
Turnirin qalibi 7,5 xal toplayan iranlı Məhəmməd Amin Tabatabai olub.
Xatırladaq ki, ənənəvi “Aeroflot Open” turniri 2002-ci ildən keçirilir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC