Toral Bayramov: "Heç bir cəhətdən rəqibdən geri qalmırdıq, hətta bəzi məqamlarda üstün idik də”

“Oyuna yaxşı başlamışdıq. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik. Nəticədə də fasiləyə qədər rəqib qapısından 2 top keçirdik”.

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Toral Bayramov “Bayer”lə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu şərh edərkən deyib. 

Sol cinah müdafiəçisi matçdan sonra jurnalistlərə açıqlamasında ikinci hissədə yalnız hesabı qorumaq barədə düşünmədiklərini vurğulayıb:  “İkinci hissədə meydana çıxanda fikrimiz geri çəkilib hesabı qorumaq deyildi. Hətta növbəti qol və qollar vurub hesab arasındakı fərqi artırmaq istəyirdik. Təəssüflər olsun ki, rəqib səhvimizdən yararlandı. Əvvəlcə hesab arasındakı fərqi azaltdılar, sonda isə qələbəni əldən verdik. Hər halda, 2:2 də yaxşı nəticədi. Ümumilikdə pis oynamadıq, əlimizdən gələni etdik. Məncə, Azərbaycan futbolu adına pis nəticə deyil. Əsas odur ki, məşqçinin tapşırıqlarını yerinə yetirdik”. 

23 yaşlı futbolçunin sözlərinə görə, hansısa komponentdə rəqibdən geri qalmayıblar: “Hesabı qoruya bilməməyimizi təcrübə ilə əlaqələndirməzdim. Yaxud bunun fiziki yorğunluqla bağlı olduğunu da düşünmürəm. Meydanda mübarizə başabaş idi. Heç bir cəhətdən rəqibdən geri qalmırdıq. Hətta bəzi məqamlarda üstün idik də”. 

Bayramov bir həftə sonra Leverkuzendə keçiriləcək cavab görüşündən də söz açıb: “Düzdür, ilk növbədə çempionat oyunu düşünməliyik. Yalnız “Zirə” ilə görüşdən sonra “Bayer”lə cavab matçına hazırlaşacağıq. Çalışacağıq ki, bu oyunun ardını səfərdə gətirək. Azarkeşləri yaxşı nəticə ilə sevindirmək üçün əlimizdən gələni edəcəyik”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC