Rusiya millisinin qapıçılarla işləyən məşqçisi Vitali Kafanov Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer” matçında təmsilçimizin qolkiperi Andrey Lunyovu çıxışını dəyərləndirib.
Presssport.az xəbər verir ki, təcrübəli rusiyalı mütəxəssisin fikrincə, milliyə uzun fasilədən sonra yenidən dəvət etdikləri Lunyov 2:2 hesabı ilə heç-heçə başa çatdıqları görüşdə bu il göstərdiyi səviyyədə oynadığını söyləyib: “O, ”Qarabağ"dakı çıxışının lap əvvəlindən səviyyəni çox yüksək qaldırdı. Lunyov çox güclü oyun nümayiş etdirdiyini söyləməkdən qorxmuram. Və Andrey bunu təsdiqlədi. “Bayer bu mövsüm hələ məğlub olmayıb. Çox güclü komandadı və Lunyov bu görüşdə çox layiqli görünürdü".
Kafanovun fikrincə, Andreyin buraxdığı qollarda heç bir günahı yoxdu: “O, müdafiəçilərin səhvlərindən sonra komandanı xilas etmək üçün hər şeyi etdi. Ümid edirəm ki, cavab oyununda “Qarabağ”ın keçən il Leverkuzendə 1:5 hesabı ilə uduzduğu hekayə təkrarlanmayacaq. Həmin görüşdə də Andrey əlindən gələni etdi, lakin komandası öz imkanlarından aşağı oynadı”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC