"Bu, sanki ağızda acı dad təəssüratı yaratdı, amma başımızı dik tutmalıyıq" - Andrade

"Qarabağ"ın futbolçusu Patrik Andrade Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunda Bakıda "Bayer"lə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra brifinq keçriib

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin kabo-verdeli yarımmüdafiəçisi Patrik Andrade əvvəlcə görüşü dəyərləndirib.

- Oyuna yaxşı başladıq. Birinci hissənin məntiqi nəticəsi kimi hesabda 2:0 önə keçdik. Rəqib ikinci yarıda hesabı bərabərləşdirməyi bacardı. Bu, sanki ağızda acı dad təəssüratı yaratdı.

- Üstünlüyü qorumaq üçün nə çatmadı?

- Bu, futboldur. Meydanda özümüz özümüzlə oynamırıq. Rəqib fasilədən sonra çoxlu qol epizodu yaratdı. Xüsusilə də oyunun sonlarına yaxın. Bunun nəticəsində hesabı bərabərləşdirdilər.

- Üstünlüyü əldən verdiniz. "Qarabağ" bu nəticəyə layiq idi?

- İstənilən halda iki top fərqli üstünlüyü əldən vermək məyusedicidir. Amma başımızı dik tutmalıyıq. Qarşıda "Zirə" ilə oyun var. Yaxşı hazırlaşmalıyıq. 

- Cavab matçında belə oynamaq olar?

- Bilmək olmaz. Futbolda əvvəlcədən nəsə demək olmur. Hələ "Zirə" ilə oyuna köklənməliyik. Daha sonra "Bayer"lə cavab görüşünə hazırlaşacağıq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC