"Qarabağ" matça çox yaxşı hazırlaşmışdı. Hətta qələbə qazana da bilərdilər. Çox inamlı oynadılar".
Presssport.az xəbər verir ki, bu fikirləri Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer" matçından sonra qonaqların yarımmüdafiəçisi Florian Virtz almaniyalı jurnalistlərə açıqlamasında bildirib.
Almaniya millisinin gənc üzvü Ağdam təmsilçisinin ilk hissədə möhtəşəm oyun sərgilədiyini vurğulayıb: "Layiq olduqları 2 qolu vurdular. İkinci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə topunu da vura bilərdik".
Xatırladaq ki, “Bayer”in aparıcı futbolçularından olan Florian 2-ci hissədə meydana çıxıb və vurduğu qolla hesab arasındakı fərqi minimuma endirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC