"Lunyov xaricdə oynayan ən yaxşı rus qapıçıdı"

“Andrey martda millidə ”1 nömrə" olacağını deyə bilmərəm. Bütün qapıçılar Novoqorskdakı təlim-məşq toplanışına gələndə ilk olaraq məşqdə onlara baxıb söhbət edəcəm. Bundan sonra kimin hansı matçda oynayacağına və neçə qapıçının meydanda olacağına qərar verəcəm".

Presssport.az xəbər verir ki, bu fikirləri Rusiya millisinin qapıçılarla işləyən məşqçisi Vitali Kafanov "Qarabağ"da çıxış edən Andrey Lunyov haqda danışarkən deyib.

O, Lunyovu xaricdə çıxış edən ən yaxşı rus qapıçı adlandırıb: "Lunyov indi Rusiyanın ən yaxşı qapıçısıdır? Xeyr, onu digər qapıçılarla müqayisə edə bilmərik. Çünki Lunyov Rusiya Premyer Liqasında oynamır. Digər qapıçılarımız isə indi avrokuboklarda çıxış etmirlər. Lunyov xaricdə oynayan ən yaxşı rus qapıçıdı. Amma bizim klublar avrokuboklarda oynamadığından, düzgün müqayisə aparılmayacaq.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC