Juninyo Leverkuzendə oynaya biləcək? - AÇIQLAMA

Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə oyununun ikinci hissəsində zədələnərək əvəzlənənən “Qarabağ”ın hücumçusu Juninyo Olavionun durumu hələ ki dəqiqləşməyib.

Bu haqda Presssport.az-a danışan Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin braziliyalı forvard ilkin müayinə edildiyini diqqətə çatdırıb.

Amma Juninyonun MRT müayinəsinin edilməsi qərara alınıb.

Bu, sabah 17:00-18:00 radələrində baş tutacaq və bundan sonra dəqiq qiaqnoz qoyulacaq. Onun “Bayer”lə Leverkuzendə martın 17-də keçiriləcək görüşdə oynayıb-oynamayacağı da məhz bundan sonra bəlli olacaq.

Xatırladaq ki, Olavio 1:1 hesabıyla nəticələnən həmin görüşdə 1 qol, 1 məhsuldar ötürmə edib. O, dubla imza atmağa yaxın olduğu - qapıçıyla təkbətək çıxaraq şansını boşa verdiyi epizodda zədələnib. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC