Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb. Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis qadın həndbolçuların Avropa Kubokunun 1/8 final mərhələsində Türkiyənin “Armada Praksis Yalıkavaspor” və “Ankara Yenimahalle” klubları arasında keçiriləcək cavab qarşılaşmasında Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq. Yanvarın 20-də Bodrumda baş tutacaq oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC