Qadın boksçumuz lisenziya turnirində ardıcıl 2-ci qələbəsini qazandı

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ispaniyalı Mariana Soto Torresə qalib gəlib.

Presssport.az xəbər verir ki, 66 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 finalda rəqibini 5:0 hesabı ilə məğlub edib.

Ardıcıl 2-ci qələbəsini qazanan Şəhla Allahverdiyeva 1/8 final döyüşünə martın 9-da çıxacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 boksçusu qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kq) isə Bakari Hassanla (Keniya) döyüşəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC