"Səbail"in futbolçusuna 200 "nömrə"li forma hədiyyə olundu

“Səbail”in müdafiəçisi Adil Nağıyev Azərbaycan çempionatları tarixində 200-cü oyununu keçirib.

Presssport.az xəbər verir ki, 29 yaşlı futbolçunun bu göstəriciyə Premyer Liqanın XXIV turunda “Sabah”la ev görüşündə (2:0) nail olub. Bu münasibətlə “Səbail”in Müşahidə Şurasının üzvü Əbdül Qəni Nurməmmədov futbolçunu oyundan öncə təbrik edərək, ona 200 "nömrə"li forma hədiyyə edib.

Qeyd edək ki, Premyer Liqada debütü 2015/16 mövsümünə təsadüf edən Nağıyev hazırkı komandasının heyətində ümumilikdə 88 qarşılaşmada meydana çıxıb və karyerası ərzində “Zirə” (83) “Sumqayıt” (12), “Şamaxı” (17) klublarının da formasını geyinib. Adil həmçinin ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudu.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC