Dünən startı verilən Premyer Liqanın XXVI turunda 5 futbolçu cəzalıdı.
Presssport.az xəbər verir ki, ən ciddi itkilər “Araz-Naxçıvan”dadı.
Belə ki, komandanın baş məşqçisi Azər Bağırov 2 əsas legionerinin - qanalı Mohammed Kadiriylə bosniyalı Mişo Kuzmanoviçin xidmətindən məhrum qalıb. Bu yarımmüdafiəçilər vərəqə limitni aşdıqlarına görə "Turan Tovuz"la səfər matçında heyətdə olmayacaq.
“Neftçi"nin braziliyalı mərkəz müdafiəçisi Yuri Matias da Tovuz şəhər stadionunda oynaya bilməyəcək. Sadəcə, o, ”sarı" sayını 8-yə çatdıraraq vərəqə limitini aşıb.
“Qəbələ”də də cəzalı braziliyalı stopper var. Bu, keçən turda birbaşa qırmızı vərəqə alan Lukas Afrikodu. O, "Sabah"la səfər matçında komandasına kömək edə bilməyəcək.
“Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç 4-cü "sarı"ya görə kənarda qalacaq. "Zirə"də nigerli müdafiəçi İssa Cibrila “ofsayd”a düşüb. O, keçən turda aldığı qırmızı vərəqəyə görə cəzalı vəziyyətdədi. Hər 2 futbolçu Tofiq Bəhramov adına Respublika stadionundakı matçı tribunadan izləməli olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC