Kapitan kapitandan üzr istədi

"Neftçi"nin kapitanı Emin Mahmudov Tovuz şəhər stadionunu axsayaraq tərk edib.

Presssport.az-ın Tovuz ezam olunmuş əməkdaşı xəbər verir ki, Emin komandasının avtobusunun yanında olarkən "Kəpəz"in belaruslu kapitanı Yeqor Xvalko ona yaxınlaşıb.

Belə ki, legioner matç zamanı Mahmudovun ciddi zədələnməsinə səbəb olan epizoda görə ondan üzr istəyib. "Neftçi"nin futbolçusu bu anlayışlı addıma görə rəqib oyunçunun əlini sıxıb. Emin bundan əvvəlki turda “Qarabağ”la matçda xəsarət aldığı yerdən yenidən zədələndiyini diqqətə çatdırıb.

Xatırladaq ki, həmin görüşdə 2-ci hissədə əvəzlənməli olan Mahmudov bu dəfə həkimlərin köməyilə birbaşa paltardəyişmə otağına yollanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC