“Sabah” - “Qəbələ” oyunundan öncə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Spoxəbər verir ki, “Sabah” FK və “Azərlotereya”nın təşəbbüsü ilə baş tutan oyunöncəsi tədbirdə futbolçular meydana azyaşlı qızlarla birlikdə çıxıblar. Qızlar üzərində #Qızlarsabahımızdır yazılı köynəkdə olublar. Daha sonra hər iki komandanın üzvləri və oyunun hakimlər briqadası tribunada əyləşmiş “Sabah”ın qızlardan ibarət U-17 komandasının üzvlərinə və digər xanımlara güllər təqdim ediblər.
Stadionda diktor tərəfindən xanımlar üçün təbrik səsləndirilib:
“Əziz xanımlar, hər birinizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Siz dünənimiz, bu günümüz və sabahımızsınız”.
Bundan əlavə, stadionda azarkeşlər #Qızlarsabahımızdır yazılı banner açıb, həmçinin arenanın hesab tablosunda müvafiq şüar yer almış poster nümayiş etdirilib.
Tədbirin həyata keçirilməsində məqsəd, xanımların önəminə diqqət çəkmək, həmçinin onların nə qədər dəyərli olduqlarını nümayiş etdirməkdən ibarətdir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC