“Beşiktaş”in idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu Juninyonu izləmək üçün Almaniyaya gedəcək.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” – “Qarabağ” görüşünü tribunadan izləyəcək.
O, eyni zamanda məşqçilər korpusunun gündəmində olan Leverkuzen təmsilçisinin iki futbolçusu - Borxa İqlesias və Timoti Fosu-Mensahın son durumu ilə də maraqlanacaq. Aybaba bundan 1 gün əvvəl isə Almaniyada Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutacaq “Borussiya” (Dortmund) – PSV qarşılaşmasını stadiondan seyr edəcək.
Xatırladaq ki, “Bayer"lə “Qarabağ” arasında cavab matçı martın 14-də “BayArena”da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC