Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-prini 1 medalla başa vurub.
Presssport.az xəbər verir ki, turnirə 5 idmançı ilə qatılan yığma üzvlərindən yalnız biri gümüş mükafata yiyələnib.
Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün ikinci pilləsinə qalxmışdı. Yarışın son günündə isə Camal Qamzatxanov (+100 kq) medalçılar sırasına düşmək şansını əldən verib. O, “bürünc” uğrunda görüşdə almaniyalı Losseni Koneyə məğlub olub.
Qeyd edək ki, Aytac Qardaşxanlı (63 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) da uğursuz nəticə göstəriblər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC